Digər kişilərdən sizi həqiqətən fərqləndirəcək bir ətir axtarırsınız?
Gent.az ən yaxşı ətirlərin yer aldığı siyahını təqdim edir:
Matyer Premyer (Matiere Premiere)
2019-cu ildə qurulan Matyer Premyer çox fərqli üsulla işləyir. Hər bir ətir bir əsas xammal üzərində qurulur — məsələn zəfəran, qızılgül və ya vanil. Brendin qurucusu Orelien Gişar (Aurélien Guichard) dünyada öz ətir xammalını özü yetişdirən yeganə parfümer hesab olunur. Bir çox parfümer materialları satın aldığı halda, o bunları Fransanın Qrass bölgəsində, Ecocert sertifikatlı torpaqlarında yetişdirir.
Tsu Lanq Yor (Tsu Lange Yor)
Avstraliyalı müğənni Troye Sivanın ətir və lifestyle brendi olan Tsu Lanq Yor keyfiyyətli olmaq üçün onun adını şüşənin üzərinə yazmağa ehtiyac duymur. Hər ətir bir-birindən daha fərqli və qeyri-adidir. Tərkibində Avstraliya səndəl ağacı, adaçayı, ladan, mür və Misir ətirşahı kimi komponentlər istifadə olunur.
Di-Es və Dürqa (D.S. & Durga)
Di-Es və Dürqa ər-arvad olan Devid Set və Kavi Moltz tərəfindən yaradılıb. Onlar fərqli bir şey etmək istəyirdilər və buna görə ətirlərində bir-birinə zidd komponentləri birləşdirərək qeyri-adi qoxular hazırladılar.
Onlar həmçinin “Armchair Travel” terminini yaratdılar. Bu ifadə brendin qoxularının insanı başqa bir zamana və ya məkana aparmasını təsvir edir.
“Cowboy Grass” adlı ətir tozlu çöllərdən ilham alıb və tərkibində yabanı kəklikotu, qızılgül ağacı, berqamot, vetiver, ot və reyhan notları var.
On Doqquz Altmış Doqquz (19-69)
19-69 İsveç mənşəli lüks ətir brendidir və rəssam, məhsul inkişaf etdiricisi Johan Bergelin tərəfindən yaradılıb. Brend 2017-ci ildə fəaliyyətə başlayıb və qısa müddətdə ətir dünyasında sakit, amma vacib oyunçulardan birinə çevrilib.
Hər bir ətir uniseksdir və müxtəlif dövrlərdən və mədəniyyətlərdən ilham alır. İncəsənət və musiqinin təsiri xüsusilə hiss olunur.
Məsələn, “Higher Peace” 1960-cı illərin məşhur psixodelik qrupu olan Merry Pranksters və Lennon ilə Yoko Ononun yaratdığı “Bagism” fəlsəfəsindən ilhamlanıb.
Amuaj (Amouage)
Bəlkə də hər evdə adı bilinən brend deyil, amma Amuajın böyük tarixi var. Brend 1983-cü ildə Oman Sultanlığında Əlbusaidi ailəsi tərəfindən qurulub və ərəb parfümeriya sənətinə yeni nəfəs gətirib.
İlk məşhur ətiri “Gold” fransız parfümer Gi Robert tərəfindən hazırlanmışdı. İllər ərzində isə brend 50-dən çox ətir təqdim edib.
Fraqrans dü Bua (Fragrance du Bois)
Fraqrans dü Bua Parisdə yaranıb. Qurucusu Conni Svarbrik dünyanın ən nadir komponentlərini ön plana çıxarmaq istəyirdi.
Brendin fəlsəfəsi sadədir:
“İlk sıxılmadan etibarən insanı valeh edən və otaqdan çıxdıqdan sonra belə izi qalan ətirlər yaratmaq.”
Buna nümunə olaraq “Lucius” parfumunu göstərmək olar. Bu ətirdə berqamot, mandarin, lotus çiçəyi və çəhrayı bibər istifadə olunur. Əlavə olaraq quru kəhrəba notları uzunmüddətli iz buraxır.
Sana Jardin (Sana Jardin)
Londonda yerləşən Sana Jardin 2017-ci ildə keçmiş sosial işçi və xeyriyyəçi Emi Kristiansen tərəfindən qurulub.
O, ticarət vasitəsilə müsbət sosial dəyişiklik yaratmaq istəyirdi. BMT və xeyriyyəçilik təcrübəsindən istifadə edərək cəmiyyətin kənarında qalan qadınlara dəstək olmağa başladı.
Brend Mərakeşdə portağal çiçəyi, yasəmən və qızılgül toplayan yerli Amazigh qadınları ilə əməkdaşlıq edir.
Brendin bütün ətirləri canlı və enerjili qoxulara malikdir. “Celestial Patchouli” isə paçulinin sakitləşdirici və torpaqvari xüsusiyyətlərini ön plana çıxaran uplifting bir ətirdir.

