Belinizdə yırtıq olduğunu göstərən 2 simptom

Onurğada yırtıq çox zaman gizli başlayır, heç bir simptom vermir.

Tibb1 dəq oxu
Belinizdə yırtıq olduğunu göstərən 2 simptom

Gent.az xəbər verir ki, neyrocərrah Renat Nurmuhametov yırtıqlarda 2 əsas simptoma diqqət çəkib.

“Onurğada yırtıq nəinki ağırlıq qaldıranlarda, həmçinin oturaq iş və həyat tərzi keçirib, əzələ korpusu zəif olanlarda da yaranır. Onurğada disklərin qan dövranı zəiflədikdə, disklər zədələnir.

Beldə dartıcı ağrı, ayaq və əldə güclü ağrı protruziya və yırtığın ilk əlamətlərindən ola bilir.

Bütün əzələ korpusuna atıcı ağrılar, əl-ayaqlarda keyimə, zəiflik həkimə operativ müraciət üçün əsasdır.

Hər yırtıq heç də əməliyyat edilmir, amma neyrocərrah ilkin baxmalıdır”.

Həkim yırtıq profilaktikası üçün müntəzəm əzələ korpusunu möhkəmlədəcək idman məşqləri etməti və ağırlıq qaldırmamağı tövsiyə edir.(bakupost.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan