Xəstəxanalarda pulsuz psixoloq kabinetləri açılır

TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində psixoloji yardım xidməti təşkil olunur.

Tibb1 dəq oxu
Xəstəxanalarda pulsuz psixoloq kabinetləri açılır

Psixoloji xidmət əhalinin psixi sağlamlığının yaxşılaşdırılmasına və psixoloji gərginlik hallarının aradan qaldırılmasına yönəlib.

Gent.az xəbər verir ki, bu məqsədlə TƏBİB-in tabeliyindəki 52 tibb müəssisəsində artıq 86 psixoloq ştatı yaradılıb. Yeni ştat üzrə 35 tibb müəssisəsində psixoloq ixtisası üzrə ali təhsil almış 45 kliniki psixoloq fəaliyyət göstərir.

Digər tibb müəssisələrinə də kliniki psixoloqların işə qəbulu nəzərdə tutulub.(medicina.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan