Jude Bellingham Calvin Klein-ın yeni kampaniyasının üzvü oldu
Calvin Klein futbolçu Jude Bellingham ilə birlikdə “İçindəki İkon” şüarı altında yeni iç geyim koleksiyasını təqdim edir. Kampaniya fərdi üslub və özgüvən mövzusunu vurğulayır.

Futbol ulduzu iç geyimlə moda simvolu olur
Calvin Klein, populyar Icon Cotton Stretch iç geyim kolleksiyasını İngiltərə millisinin və Real Madrid klubunun gənc ulduzu Jude Bellingham ilə birləşdirir. Bu, Bellingham ilə markanın ilk əməkdaşlığıdır və kampaniya onun fərdi üslubunu və özgüvənini ön plan çəkir.
Sadə və güclü vizual təqdimat
Madriddə tanınmış fotoqraf Oliver Hadlee Pearch tərəfindən çəkilən kampaniya şəkillərində Bellinghamın təbii və inamlı duruşu önə çıxarılıb. Burada futbolçunun meydandakı ikonik qol sevinc hərəkətlərinə də incə istinadlar var. Bellingham: “Bu kampaniyada iştirak etməkdən məmnunam. ‘İçindəki İkon’ ideyasını çox bəyəndim, çünki özgüvən özünü rahat hiss etməklə başlayır”, – deyə fikirlərini bölüşüb.
Yeni modellər və dizayn detallar
Calvin Klein-ın məşhur Icon Cotton Stretch kolleksiyasına bu kampaniyada Shine Trunk modeli daxil edilib. Onun fərqləndirici elementləri arasında Infinity Bond logolu parlaq kəmər detalları yer alır. Kampaniyada həmçinin Boxer Brief, Low Rise Trunk, Hip Brief və Slim Boxer kimi yumuşaq və elastik pambıq qarışığı materiallardan hazırlanmış rahat modellər təqdim edilir. Məqsəd gündəlik rahatlıq və hərəkət azadlığı təmin etməkdir.






