Gələn ildən özəl sektorda çalışanlara gəlir vergisi tətbiq olunacaq.
Gent.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, neft-qaz sahəsi istisna olmaqla, qeyri-dövlət sektorunda çalışan fiziki şəxslər 2026-cı ildən etibarən gəlir vergisinə cəlb ediləcək.
Yeni qaydalara görə gəlir vergisi mərhələli şəkildə tətbiq olunacaq:
2026 (1 yanvar – 1 yanvar 2027):
- 
2 500 manatadək – 3%
 - 
2 500 – 8 000 manat arası – 75 manat + artığın 10%-i
 - 
8 000 manatdan çox – 625 manat + artığın 14%-i
 
2027 (1 yanvar – 1 yanvar 2028):
- 
2 500 manatadək – 5%
 - 
2 500 – 8 000 manat arası – 125 manat + artığın 10%-i
 - 
8 000 manatdan çox – 675 manat + artığın 14%-i
 
2028-dən etibarən:
- 
2 500 manatadək – 7%
 - 
2 500 – 8 000 manat arası – 175 manat + artığın 10%-i
 - 
8 000 manatdan çox – 725 manat + artığın 14%-i
 
Hazırda əməkhaqqı 200 manatdan çox olan işçilər üçün DSMF (10%), işsizlik sığortası (0,5%) və icbari tibbi sığorta (2%) tutulur.
Əgər gəlir vergisi (məsələn, 3%) də əlavə olunarsa, ümumi tutulmalar aşağıdakı kimi olacaq:
1 000 manat maaş üçün nümunə:
- 
Gəlir vergisi – 30 ₼
 - 
DSMF ayırması – 86 ₼
 - 
İşsizlikdən sığorta – 5 ₼
 - 
İcbari tibbi sığorta – 20 ₼
Əldə edilən xalis əməkhaqqı: 859 ₼ 


        
        
        
        