Gürcüstan xaricdə yaşayan vətəndaşlarının seçkilərdə səs verməsini qadağan etməyi planlaşdırır.
Gent.az xəbər verir ki, Gürcüstan hökumətinin üzərində işlədiyi yeni seçki islahatına əsasən, xaricdə yaşayan Gürcüstan vətəndaşlarının seçkilərdə səsvermə hüququnun məhdudlaşdırılması və ya tam qadağan edilməsi nəzərdən keçirilir.
Təklif edilən dəyişikliklərlə bağlı müzakirələr davam edir və bu qərarın əsasən “seçki prosesinin daxildə daha şəffaf idarə olunması” ilə əsaslandırıldığı bildirilir.
Qadağanın qəbul edilməsi halında yüz minlərlə diaspor üzvü növbəti seçkilərdə səs verə bilməyəcək. Bu isə həm ölkə daxilində, həm də xaricdə ciddi müzakirələrə səbəb olub.


