Bakının bu hissəsində sular tamam kəsiləcək

Sosial1 dəq oxu
Bakının bu hissəsində sular tamam kəsiləcək

Bu gün Bakının bütün mikrorayonlarında və Rəsulzadə qəsəbəsinin bir hissəsində - "Vorovski" ərazisində suyun verilməsində fasilə yaranacaq.

Gent.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb su xəttində baş verən qəzanın aradan qaldırılması işləridir. Saat 19:00-dan sonra su təchizatı əvvəlki rejimlə bərpa olunacaq.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan