Çiskinli, küləkli, şaxtalı hava - Sabahın PROQNOZU

Sosial1 dəq oxu
Çiskinli, küləkli, şaxtalı hava - Sabahın PROQNOZU

Yanvarın 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan